Dünya futbolu
Serhatın komandasından inamlı qələbə
Futbol üzrə İngiltərənin Birinci Liqasında (səviyyəcə &uu…
Futbol üzrə İngiltərənin Birinci Liqasında (səviyyəcə üçüncü) 13-cü turun oyunları keçirilib.
Futbolinfo.az xəbər verir ki, Azərbaycanın gənclərdən ibarət milli komandasının yarımmüdafiəçisi Serhat Taşdemirin formasını geyindiyi “Piterboro Yunayted” klubu da növbəti matçına çıxıb.
Sözügedən komanda doğma meydanda “Linkoln”la qarşılaşıb. Futbolçumuzun komandası bu oyundan qələbə ilə ayrılıb – 2:0.
Serhat bu qarşılaşmanın iştirakçısı olmayıb. Onun adı qarşılaşmanın iştirak ərizəsinə də daxil edilməyib.
“Piterboro Yunayted” 13 turdan sonra 21 xalla 24 kollektiv arasında 3-cü pillədə qərarlaşıb.
- Ölkə kuboku2024-04-24 23:00
“Final iki dostun qarşılaşması olacaq” – Qurban Qurbanov
- Ölkə futbolu2024-04-25 12:30
AFFA-dakı yoxlamaların nəticəsi: “Sumqayıt”ın prezidenti dəyişəcək
- Ölkə futbolu2024-04-25 08:00
Musa Qurbanlı: “Başımı dik tutmağa çalışıram”
- Ölkə futbolu2024-04-24 08:00
Musa “Yurqorden”dən ayrılır: “Heç nəyi istisna etmirəm”