Premyer-liqa
“Səbail”i məyus edən 100-cü qol
Azərbaycan Premyer Liqasının 14-cü turunda “Zirə”…
Azərbaycan Premyer Liqasının 14-cü turunda “Zirə”yə 1:4 hesabı ilə uduzan “Səbail” öz qapısından 100-cü topu buraxıb.
Futbolinfo.az xəbər verir ki, ölkə çempionatının yüksək dəstəsində 2017/18 mövsümündə debüt edən paytaxt klubu burda keçirdiyi 70-ci qarşılaşmada 100-ə çatıb. “Dənizçilər”i məyus edən yubiley qolunun müəllifi “Zirə”nin futbolçusu Tellur Mütəllimov olub. “Səbail” bu 100 qoldan 44-nü evdə, 56-nı səfərdə buraxıb. “Səbail” Premyer Liqada 100 və daha çox qol buraxan 37-ci komanda olub.
“Səbail”in qapısına ilk qolu da “Zirə” vurub. 2017-ci il avqustun 13-də Milan Duriç ev oyununda qonaqları məyus edib. Qəsəbə təmsilçisi ev görüşündə 2:1 hesabı ilə qalib gəlib.
- Ölkə futbolu2024-04-26 08:00
Juninyo – Avropanın ən yaxşı braziliyalısı
- Ölkə futbolu2024-04-26 09:08
“Qarabağ”ın ildən-ilə böyüməsi məni qətiyyən təəccübləndirmir”
- Ölkə futbolu2024-04-26 10:17
Samir Abasov Laporta ilə görüşdü
- Müsahibə2024-04-26 12:11
Veşoviç ikinci titulu istəyir: “Rəqib formada olan çətin komandadır”