Ölkə futbolu
“Qarabağ” klub rekordunu təkrarlaya bilmədi
Ağdamın “Qarabağ” klubunun böyükhesablı qəl…
Ağdamın “Qarabağ” klubunun böyükhesablı qələbələr seriyası qırılıb. Futbolinfo.az xəbər verir ki, son 3 turda rəqiblərini böyükhesablı qələbələrlə məğlub edən Qurban Qurbanovun yetirmələri Topaz Premyer Liqasının 12-ci turunun “Qəbələ” ilə görüşündə minimal hesabla qalib gəlib – 4:3.
9-cu turda “Bakı”, 10-cu turda “Sumqayıt”, ötən turda isə “Xəzər Lənkəran”ı eyni – 3:0 hesabı ilə məğlub edən ağdamlılar mövsümün rekordunu təkrarlayıb. “Bakı” kimi ardıcıl 3 darmadağına imza atan “Qarabağ” 4-ə çata bilməyib.
Bununla da əyalət təmsilçisi klub tarixinin rekordunun 1 addımlığında dayanıb. “Qarabağ”ın Azərbaycan çempionatlarındakı böyükhesablı qələbələr seriyası rekordu 4-ə bərabərdir. 2003/04 mövsümünün startında evdə “Şahdağ-Samur”u (17.05.2003) 5:0, “Bakılı”nı (25.05.2003) 4:0, ardınca səfərdə MOİK-i (31.05.2003) 3:0 yenən ağdamlılar öz meydanında Sumqayıt “Xəzər”ini (04.06.2003) 5:2 hesabı ilə üstələmişdi.
Lakin ümumilikdə qələbə seriyasını 4-ə çatdıran komanda özünün ilk 4 turda, AZAL-ın 2-6-ci turlarda nail olduğu mövsümün rekordu təkrarlayıb. Ağdamlılar həm də 7 oyundur uduzmur. Qeyd edək ki, böyükhesablı qələbələr seriyasında Azərbaycan rekordu 5-ə bərabərdi.
- Ölkə kuboku2024-04-24 23:00
“Final iki dostun qarşılaşması olacaq” – Qurban Qurbanov
- Ölkə futbolu2024-04-25 08:00
Musa Qurbanlı: “Başımı dik tutmağa çalışıram”
- Ölkə futbolu2024-04-25 12:30
AFFA-dakı yoxlamaların nəticəsi: “Sumqayıt”ın prezidenti dəyişəcək
- Ölkə futbolu2024-04-24 08:00
Musa “Yurqorden”dən ayrılır: “Heç nəyi istisna etmirəm”