Barselonanın forvardı Messi yavaş-yavaş əvvəlki formasını bərpa etdiyini bildirib. Futbolinfo.az xəbər verir ki, o, bunu Çempionlar Liqasında “Barselona” – “Milan” matçından sonrakı açıqlamasında bildirib:
"Fikrimcə 1-ci dəqiqədən yaxşı oynadıq. Fasilədən əvvəl qol buraxmağımız bir qədər işimizi çətinləşdirdi. Lakin bundan sonra tam olaraq oyuna diqtə etdik. Özümü artıq yaxşı hiss edirəm. Əvvəlki formam bərpa olunur. 90 dəqiqə oynadıqda fiziki vəziyyətim də yaxşılaşır".
Qeyd edək ki, Messi görüşdə dubl edib.






