AÇ-2015-in seçmə mərhələsi çərçivəsində keçiriləcək Azərbaycan – Makedoniya qarşılaşmasının hakimi də müəyyənləşib. Futbolinfo.az xəbər verir ki, bu görüşü çexiyalı hakimlər briqadası idarə edəcəklər.
Qarşılaşmanın baş hakimi Petr Ardelyanu olacaq.
Qeyd edək ki, bu oyun noyabrın 15-də Makedoniyanın paytaxtı Skopye şəhərində – “2-ci Makedoniyalı Filipp” stadionunda keçiriləcək. Görüş Bakı vaxtı ilə saat 20:00-da başlayacaq.






