Futbol üzrə Makedoniyanın U-21 yığmasının baş məşqçisi Boban Babunski AÇ-2015-in seçmə mərhələsi çərçivəsində Azərbaycan və Norveç yığmasına qarşı keçirəcəyi oyuna heyəti açıqlayıb. Futbolinfo.az xəbər verir ki, heyətə 24 futbolçu dəvət alıb.
Həmin oyunçuların siyahısını təqdim edirik:
Qapıçılar: Stole Dimitriyevski (Qranada, İspaniya), Deni İliyev (Arsenal, İngiltərə), Andrea Yefremov (Metallurq);
Müdafiəçilər: Stefan Ristovski (Latina, İtaliya), Kristian Toşevski (Teteks), Ezqyan Alioski (Şaffhauzen, İsveçrə), Stefan Aşkovski (Donyi Srem, Serbiya), Dino Naydoski, Qyoko Zaykov (hər ikisi “Rabotniçki”), Xristian Draqarski (Pelister), Leonard Zuta (Hakken, İsveç), Visar Musliu (Renova);
Yarımmüdafiəçilər: David Babunski (“Barcelona” B, İspaniya), Darko Miçevski (Belqrad, Serbiya), Filip Naumçevski (Horizont), Boban Nikolov (Vitorul, Rumıniya), Martin Blajevski (Vardar), Besmir Boyku (Makedonia);
Hücumçular: Aleksandr Traykovski (Mexelen, Belçika), Maryan Radeski (Metallurq), Darko Velkovski, Kir Markoski (hər ikisi "Rabotniçki"), Dorian Babunski (Real, Madrid, İspaniya).






