İspaniyanın "Barselona" klubunun lideri Lionel Messi zədəsi haqda danışıb. Futbolinfo.az xəbər verir ki, La Liqada “Betis”lə matçda ağır xəsarət alan və 2 futboldan uzaq qalacağı açıqlanan hücumçu ardıcıl üçüncü dəfə eyni nahiyədən zədələnməsinini onu narahat etdiyini dilə gətirib:
"Bu zədəni gözləmirdim. Çox narahatam, üstəlik əsəbiyəm. Çünki bu zədə öncəkindən dərhal sonra oldu. Ancaq bir məsələ var ki, sanki bu zədə olmalı idi. Artıq burada başqa səbəblər axtarmağa gərək yoxdu. Bir təpik və pis hərəkət sonrasında zədələndim".






