İtaliyanın “Napoli” klubunun baş məşqçisi Rafael Benites “Barselona”nın müdafiəçisi Xavyer Maskeranonu transfer etmək istəyir. Futbolinfo.az xəbər verir ki, təcrübəli mütəxəssis futbolçunu razı salmaq üçün ona zəng edib.
 
Lakin baş məşqçinin Maskeranonu telefonda razı salmaq cəhdi uğursuz alınıb. Argentinalı futbolçu “Barsa”dan ayrılmaq fikrində olmadığını bildirib.
Shares: