Qırğızıstandan dönən Azərbaycan millisinin üzvü Ruslan Abışov Kazana yollanmayıb. Futbolinfo.az xəbər verir ki, Rusiyanın "Rubin" klubunun üzvü Bişkekdən birbaşa Bakıda qalıb.
Buna səbəb Ruslanın səhhətində yaranan problemdi. Futbolçu bir neçə gün Bakıda qalıb müalicə olunacaq. Onun Kazana bazar günü yollanması gözlənilir.






