Fransanın PSJ klubunun hücumçusu Zlatan İbrahimoviç növbəti mükafatını qazanıb. Futbolinfo.az xəbər verir ki, isveçli forvard Fransada "ilin adamı" seçilib. 32 yaşlı futbolçu GQ jurnalının ənənəvi sorğusunda qalib olub.
Xatırladaq ki, ötən mövsüm PSJ-nin heyətində ölkə çempionatında meydana çıxdığı 34 oyunda 30 qol vuran isveçli forvard Paris klubu ilə çempionluq sevinci yaşayıb, eləcə də Liqa 1-in bombardiri olub.






