"Qəbələ"nin baş məşqçisi Yuri Syomin Topaz Premyer Liqasının 12-ci turunun "Qarabağ"la oyununda Elnur Allahverdiyevin rəqib azarkeşlərə qarşı xoşagəlməz jesti ilə bağlı fikirlərini açıqlayıb. Futbolinfo.az saytına müsahibəsində o, bunları söyləyib:
"Mən bunu görməmişəm. Ona görə şərh edə bilməyəcəm. İlk dəfədi sizdən eşidirəm. Təbii ki, belə hərəkəti alqışlamıram. Həqiqətən belə jest edibsə, biz ona müəyyən irad bildirəcəyik".
Shares: