Dünən baş tutan Topaz Premyer Liqasının 14-cü turunun “Sumqayıt” – “Simurq” oyunundan sonra maraqlı hadisə baş verib. Futbolinfo.az xəbər verir ki, matçın 42-ci dəqiqəsində əvəzlənən Aqşin Muxtaroğlunun qardaşı ilə meydan sahibi komandanın baş məşqçisi Aqil Məmmədov arasında söhbət olub.
Mətbuatda onlar arasında mübahisə baş verdiyi haqqında gəzən söz-söhbətlərə Muxtaroğlunun qardaşı aydınlıq gətirib. Şaiq Paşayev saytımıza açıqlamasında bunları söyləyib:
“Mənimlə Aqil Məmmədov arasında mübahisə olmayıb. Sadəcə, Aqşin oyunun 42-ci dəqiqəsində əvəzləndi. Bu da ona çox pis təsir etdi. Məmmədov komandanın baş məşqçisidi. Necə dəyişklik etdiyini özü bilər. Aqşin bir səhv edib, amma bu qədər məğlubiyyətin səbəbkarı o deyil. Biz Məmmədovla kiçik bir söhbət etmişik. Aramızda gərginlik olmayıb. Yazılanlar hamısı şişirdilib”.






