Türkiyənin həvəskarlardan ibarət 6-cı liqasında mübarizə aparan "Bartınspor" ictimaiyyəti təəccübləndirən transfer həyata keçirib. Futbolinfo.az xəbər verir ki, komanda suriyalı Ziad Ajouzu heyətinə qatıb.
 
Türkiyədə xoşbəxt olduğunu bildirən Ziad mətbuata açıqlamasında Suriyada gedən döyüşlərin iştirakçısı olduğunu bildirib. Belə ki, o, azad Suriya ordusuna qatılaraq gedən döyüşlərdə 8 ay döyüşdüyünü söyləyib. Daha sonra ailəsi ilə birgə Türkiyəyə sığınan Ziad Konyada məskunlaşıb. Hazırda futbolçunun ailəsi Konyada yaşayır.
 
Qeyd edək ki, Ziad Ajouzu "Batınspor" forması ilə çıxdığı 2 oyunda 2 qol ötürməsi edib və bir dəfə rəqib qapısına yol tapıb.
Shares: