Futbol üzrə Azərbaycan 1-ci Divizionunda 12-ci turun oyun cədvəli açıqlanıb. Futbolinfo.az xəbər verir ki, növbəti turun oyunları 29 noyabr-1 dekabr aralığında keçiriləcək.
 
Bütün oyunlar saat 14:00-da başlayacaq.
12-ci turun oyun cədvəlini təqdim edirik:
 
1-ci Divizion
12-ci tur
29 noyabr (cümə)
 
“Energetik” – “Araz Naxçıvan”
Yaşar Məmmədzadə adına Mingəçevir şəhər stadionu
 
30 noyabr (şənbə)
 
“Ağsu” – “Şəmkir”
Ağsu şəhər stadionu
 
“Şuşa” – “Göyəzən”
“Şəfa” stadionu, 4-cü meydança
 
“Neftçala” – “Turan-T”
Nəriman Nərimanov adına Neftçala şəhər stadionu
 
“Qaradağ Lökbatan” – “Mil-Muğan”
Lökbatan qəsəbə Olimpiya İdman Kompleksinin stadionu
 
1 dekabr (bazar)
 
MOİK – “Karvan”
“Bakı” FK-nın təlim-məşq bazasının stadionu
 
“Bakılı” – “Kəpəz”
Zirə qəsəbə Olimpiya İdman Kompleksinin stadionu
 
“Şahdağ” – “Lokomotiv”
Şövkət Orduxanov adına Qusar şəhər stadionu
Shares: