Topaz Premyer Liqasında mübarizə aparan klublar qış fasiləsində müxtəlif ölkələrə səyahət edəcək. Futbolinfo.az xəbər verir ki, sonuncu çempion "Neftçi" istirahətini Antalyada keçirəcək.
Komandanın Antalyaya gediş-gəliş vaxtı dəqiqləşməsə də, harda qalacağı məlumdu. Belə ki, "ağ-qaralar" "Mərdan Palas"da dincələcək.
Təlim-məşq toplanışı zamanı yoldaşlıq görüşləri də planlaşdırılır. Rəqiblər dəqiq müəyyən olunmasa da, bu barədə danışıqların getdiyi bildirilir.






