“Bursaspor”un as oyunçulardan sayılan Pablo Batalya klubdan ayrılıb. Buna səbəb baş məşqçi Kristof Daumla yola getməməsi olub.
Futbolinfo.az xəbər verir ki, ötən mövsüm superliqada ən yaxşı futbolçu nominasiyasında namizəd olan argentinalı bu gün donuncu dəfə “ağ-yaşıllar”ın düşərgəsində olub. Məşq bazasına atasıyla birlikdə gələn Batalya komanda yoldaşları və digər işçilərlə tək-tək görüşərək vidalaşıb.
Qeyd edək ki, Batalya Daumun gəlişinədək “Bursaspor”un ən yaxşı və ən çox qazanan futbolçusu statusunda idi.






