Topaz Premyer Liqasının 15-ci turu çərçivəsində Lənkəranda baş tutan "Xəzər Lənkəran" – AZAL oyununda qalmaqal yaşanıb. Futbolinfo.az xəbər verir ki, oyun zamanı futbolçular arasında gərginlik yaranıb.
 
Hər iki klubun futbolçuları arasında dava düşüb. Düzdü, davanın daha da böyüməsinə imkan verilməyib. Amma baş verənlərdən sonra cənub klubunun hücumçusu Ağabala Ramazanov 85-ci dəqiqədə hakim tərəfindən birbaşa qırmızı vərəqə ilə meydandan qovulub.
Qeyd edək ki, AZAL-dan da 55-ci dəqiqədə Branislav Arsenyeviç ikinci sarı vərəqə almaqla meydandan qovulmuşdu.
Shares: