Çempionat oyunlarından sonra futbolçuların bəziləri stadionu klubun avtobusu, bəziləri isə şəxsi avtomobili ilə tərk edir. Əslində, bu, normal hal deyil və hər bir futbolçu öz komandası ilə birlikdə stadionu tərk etməlidi.
 
Amma çempionatımızda o qədər anormallıq var ki, bu məsələyə də heç kim ciddi yanaşmır. Son turda baş tutan qalmaqallı "Sumqayıt" – "Neftçi" matçından sonra da ev sahibi komandanın futboçuları stadiondan müxtəlif nəqliyyat vasitələri ilə ayrıldılar.
 
Maraqlı məqamlardan biri isə "Sumqayıt"ın və millimizin yarımmüdafiəçisi Pərdis Fərcad-Azadın evə bahalı "inomarka" ilə yox… velosipedlə dönməsiydi. Futbolçunun sözlərinə görə, velosiped sürmək onun sevimli hobbisidi. Bu üzdən də o, məşqlərə, oyunlara avtomobillə yox, məhz sevimli nəqliyyat vasitəsilə gedib-gəlir.
 
KƏMALƏ İSMAYILOVA
Shares: