"Mançester Siti" rəhbərliyi futbolçuları Serxio Aqueronun "Real" (Madrid) klubuna keçməsinə razılıq verib. Futbolinfo.az xəbər verir ki, Madrid təmsilçisinin prezidenti Florentino Peres “şəhərlilər”in sahibi Şeyx Mansurla görüşüb və tərəflər arasında razılıq əldə olunub.
Lakin "kral klubu" argentinalı futbolçunun transferi üçün 48 milyon avrosundan keçməli olacaq.
Qeyd edək ki, Aquero bu mövsüm keçirdiyi 12 oyunda 10 qola imza atıb və 7 məhsuldar ötürmə ilə yadda qalıb.






