"Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Topaz Premyer Liqasının 16-cı turu çərçivəsində qarşılaşdıqları "Neftçi" ilə oyunu şərh edib. Futbolinfo.az xəbər verir ki, ağdamlıların çalışdırıcısı 3:1 hesabıyla başa çatan görüşdən sonra bunları söyləyib:
“Fikrimcə, hamınız komandaların oyunundan razı qaldınız. Yaxşı oyun oldu. “Neftçi” təcrübəli futbolçulardan təşkil olunmuş komandadı. Çoxlu qol epizodunu boşa verdik. Çempionatımızda gərgin mübarizə gedir. Bu cür oyunların olması hamımızın xeyirinədi. İlk oyunda komandalar qapalı oyun göstərmişdi. Bu gün isə hər iki komanda qalib gəlmək istəyirdi, buna görə açıq futbol oynadıq”.






