Azərbaycan cüdoçusu Kənan Nəsibov Tacikistanın paytaxtı Düşənbədə keçirilən gənclər arasında dünya çempionatında gümüş medal qazanıb.

Futbolinfo.az xəbər verir ki, milli üzvü +100 kq çəki dərəcəsində fəxri kürsünün ikinci pilləsində yer alıb.

Nəsibov qızıl medal uğrunda görüşdə Denis Batsayevə (AIN) məğlub olub.

Bu, Azərbaycan millisinin dünya çempionatında qazandığı üçüncü medaldır. Daha əvvəl Süleyman Şükürov (81 kq) və Əjdər Bağırov (100 kq) mundialda bürünc medal əldə ediblər.

Shares: