Türkiyənin "Beşiktaş" klubunun müdafiəçisi İbrahim Toramanın meneceri Ahmet Bulutun futbolinfo.az saytına müsahibəsi
– İbrahim Toramanın “Xəzər Lənkəran”a transfer olunacağı deyilir…
– Dünən mən də bunu televizorda eşitdim. İbrahimlə üz-üzə bunu danışdıq. Amma bizə gələn real təklif yoxdu. Bilirsiz ki, Toramanın “Beşiktaş”la problemi var. Onun yenidən komandasına qayıdıb-qayıtmayacağı bəlli deyil. Transfer məsələlərində də “Beşiktaş”dakı durumuna görə hərəkət edəcəyik. Əvvəlcə “Beşiktaş”la problemimizi həll etməliyik. Bundan sonra transfer çalışmalarına başlayacağıq. Hazırda Türkiyədən “Qalatasaray”dan və “Kasımpaşa”dan təklif var. Mustafa Dənizli “Xəzər Lənkəran”da baş məşqçidi. O da Toramanı çox sevir, yaxşı münasibətləri var. Təklif olsa, təbii ki, onu müzakirə edə bilərik. Sadəcə, hazırda real bir şey yoxdu.
– Toraman Azərbaycanda oynamaq istəyirmi?
– Əsas məsələ odu ki, orada Mustafa Dənizli var. İbrahim də onu çox sevir. Ona görə niyə də oynamasın? Əgər yaxşı şərtlər olsa, gələr. O peşəkar futbolçudu. Dənizlinin orada olması da onun üçün yaxşı amildi.
– Toramanın “Beşiktaş”dan ayrıldığı xəbərləri var…
– Yox, ayrılmayıb. Sadəcə, dava məsələsi vardı deyə, o komandadan ayrı qalmışdı. İndi “Beşiktaş” heç də yaxşı durumda deyil. Böyük ehtimalla yenidən komandaya çağıracaqlar. Hazırda o, özü üçün məşq edir. Əgər “Başiktaş” yolları ayırsa, o zaman başqa klublarla danışıqlara başlayacağıq.
– Onun “Beşiktaş”la müqaviləsinin müddəti nə zaman bitəcək?
– Müqaviləni bu mövsümün əvvəlində imzalamışıq. Hələ ki, 2 illik müqavilə var.
– “Xəzər Lənkəran”ın oyunlarını görmüsüz?
– Mən Azərbaycan Premyer Liqasını izləyirəm. “Xəzər Lənkəran”ın hazırkı vəziyyətindən də xəbərim var. “Xəzər Lənkəran”ın bazası Bakıda, yoxsa Lənkərandadı?
– Mən Azərbaycan Premyer Liqasını izləyirəm. “Xəzər Lənkəran”ın hazırkı vəziyyətindən də xəbərim var. “Xəzər Lənkəran”ın bazası Bakıda, yoxsa Lənkərandadı?
– Lənkəranda. Amma bəzən “Bakı”da hazırlıq keçirlər. Bu gün Lənkərana getdilər.
– "Xəzər Lənkəran" Dənizli ilə ilk oyununda qalib gəlmişdi. “İnter”lə görüş necə bitdi?
– O, kubok oyunu idi. “Neftçala”ya 4:0 hesabıyla qalib gəlmişdilər. Burada “İnter”lə Premyer Liqada oyunları var idi. Oyun 0:0 bitdi. Bu gün də komanda öz bazasına qayıtdı.
– Komandanın durumu yaxşı deyil. Niyə belə zəif çıxış edirlər? Con Toşak komandanı məhv etdi, eləmi?
– Toşakdan əvvəl də komanda uğursuz çıxış edirdi.
– Mustafa Dənizlinin köməkçisi Oğuz Çətindi? Başqa türkiyəli məşqçi varmı?
– Hələ ki, yoxdu.
– Qapıçı məşqçisi kimdi?
– Digər məşqçilər hamısı yerlidi. Təkcə Covanni Melkiorre var. İtalyandı. Mübariz Mənsimovun maddi durumu bəllidi. “Xəzər Lənkəran” ölkəmizdə varlı klublardandı. İbrahim Azərbaycana gəlmək üçün nə qədər pul istəyəcək?
– Onun Türkiyədə aldığı məbləğ bəllidi. Hər halda ölkə xaricinə çıxmaq üçün daha yaxşı təklif olmalıdı.
– O, Türkiyədə hansı qiymətə oynayır?
– Onu deyə bilmərəm.
ELSEVƏR






