Azərbaycan Kuboku uğrunda mübarizədən kənarlaşdırılan və Premyer Liqada uğurlu nəticə qazana bilməyən "Simurq"da iclas keçirilib. Futbolinfo.az xəbər verir ki, iclasda klub prezidenti Anar Bəkirov və məşqçilər korpusu iştirak edib.
Son turun "Qəbələ" məğlubiyyətindən sonra keçirilən görüşdə Bəkirov məşqçilərə xəbərdarlıq edib. O, məşqçilər korpusundan uğursuzluğun aradan qaldırılmasını tələb edib.
Qeyd edək ki, Azərbaycan Kubokunun 1/8 final mərhələsində "Araz Naxçıvan" məğlubiyyətindən sonra saytımıza açıqlama verən Bəkirov məşqçilərlə ciddi söhbət edəcəyini, hətta bir neçə mütəxəssislə yolların ayrılacağını bildirmişdi.






