AFFA-nın təşkilatçılığı ilə Təhsil və Reabilitasiya Mərkəzində UEFA B kateqoriyalı fitnes məşqçilik kursunun IV mərhələsi keçirilib.
Futbolinfo.az AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, üç gün çəkən məşğələlərdə AFFA Təhsil Proqramının rəhbəri Aslan Kərimov, təlimatçı Osman Rəhimov və UEFA təlimatçısı Fritz Schmid iştirak ediblər.
Kursda həmçinin Azərbaycan Milli Antidopinq Agentliyinin (AMADA) icraçı direktoru Təhminə Tağı-zadə iştirakçılara antidopinqlə bağlı məlumat verib.