“Turan Tovuz”un müdafiəçisi Araş Qaderinin futbolinfo.az saytına müsahibəsi

– Ötən gün Misli Premyer Liqasının 22-ci turunda “Sabah”a uduzdunuz. Məğlubiyyətin səbəbini nədə görürsən?

– Oyuna yaxşı başladıq və yaxşı oynayırdıq. 15-ci dəqiqədə rəqib qapısına yol da tapa bildik. Matçın ilk yarısında oyuna nəzarət etməyə başladıq. İkinci qolu da vurduq, amma VAR qolu ləğv etdi. İkinci hissəyə yaxşı başlamadıq və qapımıza penalti təyin edildi. Bundan sonra isə matçın məcrası dəyişdi. İki fərqli hissə oldu.

– Hakimlə bağlı fikrin nədir?

– Çox vaxt oyunlarımızda hakimlərdən əziyyət çəkirik. “Sabah”ın qolundan öncə cərimə var idi, amma hakim buna baxmadı. VAR da heç bir müdaxilə etmir. Çox zaman bu cür problemlər olur. Bizim cəriməmizi vermirlər. Məncə, penalti barədə qərar da tam doğru deyil. İkinci qoldan öncə də cərimə zərbəsi var idi. “Sabah”la matçlarda hakimlikdən əziyyət çəkirik.

– Öz oyununuzdan razısan? Qış fasiləsindən sonra cəmi bir qələbəniz var…

– Bu barədə dəqiq nəsə deyə bilmirəm. Bəlkə bəxtimiz gətirmir. Həqiqətən yaxşı nəticə deyil. Çox əsəbiləşdim və üzüldüm. Çünki biz yaxşı məşq edirik və hər şeyin yaxşı olmasına çalışırıq.

– Çempionata çox yaxşı başlamışdınız və hamı mövsümü bu cür bitrəcəyinizi düşünürdü. Səncə, vəziyyəti yenidən yaxşıya doğru dəyişmək üçün nə lazımdır?

– Fubolun təbiəti belədir. Ola bilər ki, bir dövr daha pis çıxış edəsən. Amma bütün olanlar hədəfimizi dəyişmir. Avrokuboklara vəsiqə qazanmaq istəyirik.

– Qarşıda “Araz-Naxçıvan”la matç var. Çətin və əsas rəqiblərinizdən birinə qalib gələ biləcəksiz?

– Meydana sırf qələbə üçün çıxacağıq. Əlimizdən gələni edəcəyik ki, meydandan 3 xalla ayrılaq. Yaxşı günlərimizə geri qayıdacağıq.

– AFFA-nın “Sabah”la matçdakı hakimləri cəzalandıracağını gözləyirsən?

– Bəli, əminəm. Bunu etməlidirlər, mütləq cəza verməlidirlər. Dünən VAR-ın niyə müdaxilə etmədiyini anlamıram. Çünki onlar hər şeyi gördülər. Vurduğumuz ikinci qol da ofsayd deyildi.

FƏRİD

Shares: