“Barselona”nın baş məşqçisi Xerardo Martino təəccüb içindədi. Futbolinfo.az xəbər verir ki, buna səbəb komandanın kapitanı Karles Puyolun karyerasını başa vuracağı barədə yayılan xəbərlərdi.
Ötən gün İspaniya mətbuatı tez-tez zədə problemi yaşayan təcrübəli müdafiəçinin ya futboldan birdəfəlik getmək, ya da asan çempionatlardan birində oynamaq istədiyini vurğulamışdı. Martino isə bildirib ki, hazırda Puyol normal qaydada məşq edir və heç nədən şikayətçi deyil: “Bu haqda xəbərlər mənim üçün sürprizdir. Çünki o, mənə bir şey deməyib”.
Qeyd edək ki, 34 yaşlı futbolçu 1999-cu ildən “Barsa”nın əsas heyətində top qovur.






