Türkiyənin “Dənizlispor” klubunun baş məşqçisi postundan istefa verən Yusuf Şimşək “Xəzər Lənkəran”dan təklif aldığını bildirib. Futbolinfo.az xəbər verir ki, bu haqda o, Türkiyə mətbuatına açıqlamasında özü məlumat verib.
 
Dünən mətbuat konfransı təşkil edən gənc məşqçi hazırda “Xəzər Lənkəran”ın baş məşqçisi olan Mustafa Dənizlinin onu yanına çağırdığını söyləyib: “Dənizli mənim müəllimimdi. Daha öncə “Dənizlispor”u çalışdırmağımı istəməmişdi. Xaricə gedən kimi, təkrar məni yanına çağırdı”.
 
Qeyd edək ki, Yusuf Şimşək ötən mövsümün sonlarında “Dənizlispor”dan təklif almışdı. Lakin həmin vaxt Dənizli “Rizespor”da köməkçisi olan gənc çalışdırıcının getməsinə icazə verməmişdi.
Shares: