Ötən yay transferdə adından söz etdirən “Monako” qışda da boş dayanmaq niyyətində deyil. Futbolinfo.az xəbər verir ki, Liqa-1 klubu Rusiyanın “Anji” klubunun hücumçusu Lasina Traoreyə “elçi” düşüb.
 
Knyazlıq təmsilçisi artıq gələn ay keçidi reallaşdırmaq və 23 yaşlı futbolçu ilə 5 illik müqavilə imzalamaq fikrindədi.
 
Xatırladaq ki, “Monako” yayda da Traoreni almaq istəmiş, lakin o vaxt “Anji” 22 milyon tələb etdiyindən keçid baş tutmamışdı.
Shares: