Coşua Zirkzeyə daha bir müştəri tapılıb. Niderlandlı hücumçu İtaliyadan növbəti təklifi alıb.

Futbolinfo.az xəbər verir ki, “Mançester Yunayted”in oyunçusuna “Roma” elçi düşüb. A Seriyası təmsilçisi qışda onu icarəyə götürmək, mövsüm bitdikdən sonra isə almaq niyyətindədir.

“Yuventus”un da hədəfində olan Zirkze İtaliyadan gələn istənilən təklifi qəbul etmək istəyir.İngiltərə futboluna alışa bilməyən 24 yaşlı hücumçu “Mançester Yunayted”dən ayrılacağını qətiləşdirib. O, Dünya Çempionatına gedən heyətdə yer almaq üçün daim oynayacağı komanda axtarır.

Xatırladaq ki, Zirkze ilyarım öncə 42 milyon avroya parladığı “Bolonya”dan alınmışdı.

Shares: