Futbol üzrə Türkiyə PTT 1-ci Liqasında növbəti turun oyunları keçirilib. Futbolinfo.az xəbər verir ki, azərbaycanlı futbolçu Saşa Yunisoğlunun komandası “Dənizlispor”
18-ci tur çərçivəsində “Adana Demirsporla” qarşılaşıb.
Oyun həmyerlimizin komandasının 2:3 hesablı məğlubiyyəti ilə başa çatıb. Yunisoğlu bu oyunda ehtiyatda qalıb.
Qeyd edək ki, hazırda “Dənizlispor” 18 xalla 14-cü pillədə qərarlaşıb.






