AFFA Hakimlər Komitəsinin sədri Rəhim Həsənov Azərbaycan kubokunun yarımfinal mərhələsində keçirilmiş oyunlardakı mübahisəli epizodlarla bağlı şərhini açıqlayıb.
Futbolinfo.az xəbər verir ki, o, “Turan Tovuz” – “Zirə” oyununda mübahisəli epizodlarla bağlı fikirlərini bölüşüb.
Sədr FIFA referisi Əliyar Ağayevin iki epizodda səhv qərar verdiyini təsdiqləyib.
Həsənov “Qarabağ” – “Sabah” görüşündə Rauf Cabarovun doğru qərarlar verdiyini vurğulayıb.






