“Mundo Deportivo”nun məlumatına görə, “Barselona” baş məşqçi Hans-Diter Flikin müqaviləsini bir il müddətinə uzatmağı planlaşdırır.
Bundan başqa müəyyən uğurlara çatılacağı təqdirdə sözləşmə daha bir mövsüm də davam edə bilər.
Məşqçi ilə artıq şifahi razılaşma əldə edilib, lakin Flikin özü müqaviləni rəsmi olaraq indi imzalamaq üçün ən yaxşı vaxt olmadığını hesab edir.
61 yaşlı Hans-Diter Flik 2024-cü ilin may ayından “Barselona”ya rəhbərlik edir. Onun klubla hazırkı müqaviləsi 2027-ci ilə qədərdir.
“Barselona” 31 oyundan sonra 79 xalla İspaniya çempionatının lideridir.






