Rusiyanın oğlanlardan ibarət U-16 millisi UEFA-nın inkişaf turnirlərində çıxış edəcək.
Futbolinfo.az xəbər verir ki, bu barədə Rusiya Futbol İttifaqı məlumat yayıb.
U-16 yığması 25–30 aprel tarixlərində Qazaxıstanın Şımkent şəhərində keçiriləcək turnirdə mübarizə aparacaq. Rusların rəqibləri arasında Azərbaycan U-16 millisi də var. Pakistan U-16 və Qazaxıstan U-16 millisi də turnirdə iştirak edəcək.
Rusiya – Azərbaycan oyunu aprelin 25-də keçiriləcək.






