Eduardo Kamavinqa “Real”dan ayrılmaq istəmir. Fransalı yarımmüdafiəçinin yaxınları madridlilərin satmaq istədiyi oyunçunun bu təklifi rədd etdiyini bildirib.

Futbolinfo.az xəbər verir ki, 23 yaşlı Eduardonun İngiltərəyə köçmək ehtimalı var. Xüsusilə də “Çelsi” onu heyətinə qatmaq üçün çalışır. Amma “Liverpul”un da maraq göstəriyi oyunçu mövcud müqaviləsinin sonunadək İspaniyada qalmaqda qərarlıdır.

2021-ci ildə “Renn”dən 31 milyon avroya alınan Kamavinqanın daha 3 mövsümü əhatə edən müqaviləsi var. Dəyəri 50 milyona qalxan fransalı klubda qalmaqda israrlıdır. Bu isə “Real”ın Enzo Fernandesi almaq planlarına mane ola bilər.

Shares: