Türkiyənin “Fənərbağça” klubu Avroliqa ilə hələ ki 10 illik müqavilə imzalamayıb. Əvvəlki xəbərlərdə klubun artıq müqaviləni imzaladığı və ya 18 apreldə keçiriləcək idarə heyətinin iclasında bunu təsdiqləyəcəyi bildirilirdi.

“Basket News” portalının verdiyi xəbərə görə, gəlir bölgüsü sistemində son dəyişikliklərdən sonra “Fənərbağça” uzunmüddətli sözləşməyə daha isti münasibət bəsləyir, lakin məsələ hələlik yekunlaşmayıb. Təklif rəhbərliyə təqdim olunmayıb və aprelin 18-nə heç bir iclas planlaşdırılmayıb.

Direktorlar şurası qərarını verdikdən sonra yaxın həftələrdə məsələyə aydınlıq gətirilməsi gözlənilir.

Shares: