Qış Olimpiadasının qəhrəmanı norveçli xizəkçi Yohannes Klebo “Forbes” jurnalının İdman və Oyunlar kateqoriyasındakı nüfuzlu “30 yaşdan 30 yaşa qədər (Avropa)” siyahısına daxil edilib. Hər il siyahıda öz sahələrində xüsusi təsirə malik 30 şəxs qeyd olunur.

Bu il İtaliyada keçirilən Olimpiya Oyunlarında Klebo karyerasında doqquzuncu qızıl medalını qazanaraq bu nailiyyətə görə bütün zamanların rekordunu yeniləyib. O, əfsanəvi həmyerliləri Byörn Dahli (xizəksürmə), Marit Börgen (xizəksürmə) və Ole Eynar Björndaleni (biatlon) geridə qoyub.

Klebodan əlavə, siyahıya aşağıdakı idmançılar da daxil edilib:

Elli Kildunn, reqbi, İngiltərə milli komandası;

Ebereçi Eze, futbolçu, Arsenal;

Marta Alkantara, yaxta;

Violet Doranj, yaxta;

Cek Dreyper, böyük tennis;

Antuan Düpon, reqbi, Fransa milli komandası;

Dominik Malonqa, basketbolçu, Sietl Storm;

Jutta Leerdam, sürətli konkisürmə;

Alisiya Lemann, futbolçu, Lester Siti (qadınlar);

Yens Oftebro, xizəkçi;

Franko fon Allmen, xizəkçi, İsveçrə milli komandası.

Shares: