NASCAR Kuboku Seriyasında yarışan “Roush Fenway Keselowski Racing” komandası “Liverpul” futbol klubuna həsr olunmuş xüsusi bir livreya təqdim edib. Avtomobil “Liverpul” və klubun sponsoru “Trimble” ilə əməkdaşlıq çərçivəsində dizayn edilib. Maşının yanlarında və kapotunda komandanın loqotipləri var.
Livreya, ingilis klubunun ABŞ-də Amerika komandalarına qarşı seriyasından sonra, iyunun 28-də “Sonoma Road Course”da keçiriləcək yarışda istifadə ediləcək. Avtomobili “RKF Racing”in pilotu Kris Buşer idarə edəcək. Livreya rəsmi olaraq 18 və 19 apreldə Florida ştatının Tampa şəhərində keçiriləcək “Premyer Liqa Mornings Live” azarkeş festivalında təqdim olunacaq.
“RFK Racing” NASCAR Kuboku Seriyasında üç avtomobillə yarışır və komandanın pilotu Rayan Prays bu il artıq bir mərhələdə qalib gəlib.







