“Gazeta Express”in məlumatına görə, “Atletiko”nun baş məşqçisi Dieqo Simeone və ikinci həyat yoldaşı Karla Pereyra İspaniyanın Madrid şəhərində 180 mənzilə və 7 villaya sahibdirlər.

Mənbəyə görə, cütlük yalnız şəhərin əsas ərazilərində lüks əmlaklar alır. Simeone və həyat yoldaşı mənzilləri kirayəyə vermək və ya  daha baha satmaqla daşınmaz əmlaklarından pul qazanırlar.

Dieqo və Karla 2014-cü ildə tanış olublar və 2019-cu ildə evləniblər. Cütlüyün 2016 və 2019-cu illər təvəllüdlü iki qızı var.

Xatırladaq ki, Simeonenin ilk evliliyindən üç oğlu var.

Dieqo 15 ildir ki, Madrid klubunun sükanı arxasındadır və ən yüksək maaş alan məşqçilərdən biridir.

4caaae15 992e 4ef0 b5f9 afceb3d13cd6 - Futbolinfo.az
Shares: