Bakıda keçirilən 14 yaşadək cüdoçular arasında Liqa yarışının 2-ci turu başa çatıb.
Futbolinfo.az xəbər verir ki, Abşeron Olimpiya İdman Kompleksində keçirilən turnirdə 89 klub və idman cəmiyyətindən 529 idmançı (437 oğlan, 92 qız) mübarizə aparıb.
Son yarış günündə daha 9 çəkidə medalçılar bəlli olub.
Oğlanlar
42 kq
- İbrahim Həsənli (Sumqayıt şəhəri 1 nömrəli İOEUGİŞM)
- Əli Abbaslı (Neftçi İK)
- Ömər Səlimli (Mingəçevir UGİM), İmran Məlikov (Bakı şəhəri 13 nömrəli İOEUGİM PHŞ)
50 kq
- Ömər Allahverdiyev (RKİM)
- Mehdi Quliyev (Bakı şəhəri 13 nömrəli İOEUGİM PHŞ)
- Onur Süleymanlı (Bakı şəhəri 13 nömrəli İOEUGİM PHŞ), Sənan Mirzəzadə (Arifoğlu İK)
60 kq
- Süleyman Məmmədov (Gəncə şəhəri 1 nömrəli UGİŞM)
- Muhammədəli Mustafa (Metallurq Gəncə)
- İzzət Əliyev (Sumqayıt şəhəri 1 nömrəli İOEUGİŞM), 3. Ramal Məmmədli (Rinat İK)
73 kq
- Kərim Məmmədov (Ordu İdman Klubu)
- Fərid Xəlilli (Sumqayıt şəhəri 1 nömrəli İOEUGİŞM)
- Amin Babazadə (Bakı şəhəri 13 nömrəli İOEUGİM PHŞ), Miryasin Seyidli (Judo Club 2020 İK)
+73 kq
- Rəsul Qasımov (Kürdəxanı Cüdo Klub)
- Yelmar Quliyev (Zabrat İK)
- Yusif Məmmədli (Saray İK), Salman Musayev (Bakı şəhəri 13 nömrəli İOEUGİM PHŞ)
Qızlar
40 kq
- Nərgiz Fərzəliyeva (RKİM)
- Zəhra Yusifova (Qubadlı)
- Zümrüd Quliyeva (Neftçi Sumqayıt), Ayan Məmmədli (RKİM)
48 kq
- Mələk Vəliyeva (Qədiroğlu İK)
- Humay Eyvazova (Şuşa UGİM)
- Türkan Əlizadə (Judo Club 2012), İlknur Rəhimli (İOEUGİM Sumqayıt)
57 kq
- Jasmin Mirzəbalayeva (İOEUGİM Sumqayıt)
- Selcan Feyziyeva (Mərdəkan Cüdo club)
- Nuray Qafarzadə (Şah Cüdo İdman Klubu), 3. Gülay Nəsirova (Mingəçevir UGİM)
70 kq
- Duyğu İsmayılova (İstək İK)
- Elvina İlyasova (Neftçi İK)
Qeyd edək ki, cari ildə U-14 Liqa yarışının 3 turunun keçirilməsi planlaşdırılır. Bu yarışlar idmançıların reytinq cədvəlinin formalaşmasına önəmli rol oynayacaq.






