Beşqat MBA çempionu Dennis Rodman Dünya Güləş Əyləncəsi (WWE) Şöhrət Zalına daxil edilib. Qeyd edək ki, 64 yaşlı  Rodman həm də Basketbol Şöhrət Zalının üzvüdür.

“Səhnəyə çıxmazdan əvvəl ağlayacağımı düşünürdüm. WWE-nin Halk Hoqan üçün etdiklərini sevirəm. Çox bəyəndim, az qala stuldan yıxılacaqdım. Allahım, onun bura gəlməsi çox uzun çəkdi. Aman Allahım. Halk, biz səni sevirik. Sənin üçün çox darıxırıq.

Burada olan digər insan – Nik Hoqan (Hulk Hoqanın oğlu) haqqında danışmaq istəyirəm. Niki üç-dörd yaşından bəri tanıyıram və o, çox çətinliklərdən keçib… Atası nə etməsindən asılı olmayaraq, həmişə onun yanında olub, bilirsiniz, nə etməsindən asılı olmayaraq, onun yanında olub. Və mən Niklə çox fəxr edirəm”, – deyə Rodman bildirib.

Dennis Şöhrət Zalına digər iki əfsanə – Kevin Neş və Şon Uoltman tərəfindən daxil edilib.

fdaf07ae 6928 4b6d 8be2 3d20768a073f - Futbolinfo.az
Shares: