“Napoli” yekun qərarını verib. Romelu Lukaku mövsüm bitən kimi satılacaq.
Futbolinfo.az xəbər verir ki, klub rəhbərliyi belçikalı ulduzla münasibətləri qaydasına salmaq üçün çox çalışsa da, hücumçunun davamlı intizamsızlığı belə sərt qərara şərait yaradıb. Neapollular Lukakuya növbəti dəfə güzəşt etməyi lazım bilməyib.
Xatırladaq ki, Romelu komandanın hazırlıq prosesinə vaxtında qatılmamışdı. O, zədəsini sağaltmaq bəhanəsi ilə icazəsiz olaraq vətəninə yollanmışdı. Baş məşqçi Antonio Konte də onu gözdən çıxarıb və əsas heyətdə şans vermir. Lukaku bu il cəmi 74 dəqiqə meydanda olduğundan yığma komanda ilə Dünya Çempinatına aparılmaya bilər.
Hücumçunun hazırkı transfer dəyəri 12 milyon avrodur. 32 yaşlı oyunçu iki il öncə “Çelsi”dən 30,7 milyon avroya traansfer edilmişdi. Onun “Napoli” ilə bir illik müqaviləsi qalsa da, yolların ayrılacağı dəqiqdir.






