“İnter” Alessandro Bastonini satmağa hazırdır. Milanlılar “Barselona”nın israrla istədiyi müdafiəçi üçün yekun qiymət müəyyənləşdirib.

Futbolinfo.az xəbər verir ki, İtaliya klubu 70 milyon avro ödəyən istəyən klubun 27 yaşlı oyunçunu ala biləcəyini açıqlayıb. “Barselona” təmsilçiləri ilkin danışıqlarda mümkün güzəştlər barədə fikir öyrənməyə çalışsa da, “İnter” tərəfi heç bir güzəştin olmayacağını bildirib. Bastoninin özü İspaniyaya köçmək istəyr, hətta bunun üçün maaşında endirimə də razıdır. Amma klubu tələb etdiyi məbləği azaltmayacaq. “Barselona” mövsümün sonunda bu transferə yenidən qayıtmaq niyyətindədir.

“İnter” Bastonini 2017-ci ildə “Atalanta”dan 31,7 milyon avroya alıb. Onun milanlılarla daha iki mövsümlük müqaviləsi var.

Shares: