“Red Bull” komandasında yarışan 28 yaşlı sürücü və dördqat Formula 1 çempionu Maks Ferstappen öz mağazasında, futbol üzrə Niderland milli komandasının formalarından ilhamlanmış yeni məhsullarını təqdim edib.
“Formula 1 və futbol birlikdədir. Bir-birinə bağlı, ehtiraslı və hər yerdə olan bir şey. Klassik futbol formasını Formula 1 ruhu ilə birləşdirən bu köynək maksimum performans və dəqiqlik üçün hazırlanmışdır. Yeni dizayn Maks Ferstappenin DNT-sindən və çempionların düşüncə tərzindən ilhamlanıb. Formada Maksın adı, nömrəsi, imzası və şəxsi emblemi, bir neçə dəfə təkrarlanan Maks loqosunun olduğu fon isə bütün dizaynı birləşdirir. Bu forma, istər matç günü, istərsə də yarış günü olsun, azarkeşləri birləşdirən və silinməz iz buraxan anlar üçün hazırlanmışdır”, – deyə sürücünün rəsmi veb-saytında məhsul təsvir edilərkən qeyd edilib.







