“Milan” Robert Levandovskinin transferi uğrunda mübarizədən çəkilib. “Rossonyer”lər Polşa millisinin üzvünün maliyyə tələblərini həddindən artıq yüksək sayıb.
Futbolinfo.az xəbər verir ki, buna baxmayaraq, 37 yaşlı hücumçunun İtaliyaya köçməsi realdır. Bu dəfə “Yuventus” ön plana keçib. Turinlilər Robertə illik 6 milyon avro + bonusların yer aldığı anlaşma təklif edib. Bu məbləğ Levandovskini tam qane etməsə də, istəklərinə daha yaxındır.
“Barselona” ilə müqaviləsi iyunda bitəcək forvardın İspaniyada qalmayacağı dəqiqləşib. Ona yen müqavilə təklif olunmayıb və polşalı yeni klub axtarışındadır.






