Bu gün UEFA Avropa Liqasında finalçılar müəyyənləşəcək.

Yarımfinal mərhələsinin cavab oyunları Bakı vaxtı ilə saat 23:00-da start götürəcək.

“Frayburq” Almaniyada “Braqa” komandasını sınağa çəkəcək. İlk görüşdə 2:1 hesabı ilə qələbə qazanan Portuqaliya təmsilçisi üstünlüyünü qorumağa çalışacaqsa, meydan sahibləri revanş arzusundadır.

Digər matçda isə İngiltərə klubları münasibətlərə aydınlıq gətirəcək. İlk matçda “Nottingem Forest”ə 0:1 hesabı ilə uduzan “Aston Villa” doğma meydanda məğlubiyyətin əvəzini çıxmağa çalışacaq.

Xatırladaq ki, final oyunu mayın 20-də İstanbulda təşkil olunacaq.

Shares: