Basketbol üzrə Avroliqa turnirinin pley-off mərhələsində daha iki oyun keçirilib.

Litvada “Jalgiris” ilk iki oyunda uduzduğu “Fənərbağça”ya qalib gəlib – 81:78. Bununla da seriyada fərq minimuma enib. Görüşün ən məhsuldar oyunçusu 26 xal toplyan Tubelis olub. Qonaqlarda Horton-Taker 16 xal yığıb. Sabah komandalar Litvada 4-cü oyunu keçirəcək.

Digər cütlükdə də 4-cü oyun olacaq. İspaniyada keçirilən iki oyunda qalib gələn “Panatinaikos” evdə vəsiqənin taleyini həll edə bilməyib. “Valensiya” Yunanıstanda qələbə qazanıb – 91:87. Komandalar arasında Afinada növbəti oyun sabah Bakı vaxtilə 22:15-də start götürəcək.

Shares: