Bu gün Misli Premyer Liqasında 31-ci tura yekun vurulacaq.

Futbolinfo.az xəbər verir ki, son gündə 2 oyun keçiriləcək.

“Turan Tovuz” doğma meydanda “Karvan-Yevlax”la qarşılaşacaq. Oyunu Əkbər Əhmədov idarə edəcək.

Turun son oyunu “Neftçi” ilə “Şamaxı” arasında olacaq. Qarşılaşmanın baş hakimi Tural Qurbanov təyin edilib.

Daha öncə keçirilən “İmişli” – “Zirə” (0:0) və “Qəbələ” – “Qarabağ” (1:1) oyunlarında qalib müəyyənləşməyib, “Sabah” “Kəpəz”ə (0:1) uduzub, “Sumqayıt” “Araz-Naxçıvan”a (2:1) qalib gəlib.

Misli Premyer Liqası
31-ci tur

10 may

“Turan Tovuz” – “Karvan-Yevlax”
Hakimlər: Əkbər Əhmədov, Akif Əmirəli, Zeynal Zeynalov, Niyaz Əhmədov.
Tovuz şəhər stadionu, 17:00.

“Neftçi” – “Şamaxı”
Hakimlər: Tural Qurbanov, Cəmil Quliyev, Asiman Əzizli, Rövşən Rəcəbov
“Palms Sports Arena”, 19:30.

Shares: