2-ci Liqada “Ayın qolu” layihəsi çərçivəsində “Sheki City” futbol klubunun üzvü Rəsul İbrahimov mükafatlandırılıb.
Futbolinfo.az bu barədə PFL-ə istinadən xəbər verir.
Aprel ayının ən yaxşı qolunun müəllifinə mükafatı 26-cı turun “Sheki City” – “Göygöl” qarşılaşmasından əvvəl Peşəkar Futbol Liqasının Media şöbəsinin rəisi Müzəffər Müzəffərli təqdim edib.






