Azərbaycan atıcılıq millisinin üzvləri Ruslan Lunev və Zeynəb Sultanova Xorvatiyanın Osijek şəhərində keçirilən Avropa Çempionatında növbəti uğura imza atıblar.

Futbolinfo.az xəbər verir ki, təmsilçilərimiz 25 metr məsafəyə atəş üzrə duet (qarışıq komanda) yarışında yüksək nəticə göstərərək final mərhələsinə yüksəliblər.

Final qarşılaşmasında inamlı və peşəkar çıxış edən idmançılarımız Avropa Çempionatının gümüş medalını qazanıblar.

Shares: