İspaniya millisinin keçmiş müdafiəçisi Serxio Ramos “Sevilya” klubunun satınalma məsələsini yekunlaşdırıb.

COPE-nin yaydığı məlumata görə, bir müddət əvvəl satınalma bəndinin 400 milyon avro olacağı açıqlanmışdı.

Ramos 2004-05-ci illərdə və 2023/24 mövsümündə “Sevilya”nın əsas komandasında oynayıb. O, həmçinin “Real”, PSJ və “Monterrey”də də çıxış edib. Serxio ötən ilin dekabr ayından bəri azad agentdir.

35 turdan sonra  “Sevilya” La Liqanın turnir cədvəlində 40 xalla 13-cü yerdədir.

Shares: